"Vəkil vətəndaşı qanundan deyil, qanun pozuntusundan müdafiə edir".Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, vəkil öz fəaliyyəti ilə qanunçuluğun möhkəmlənməsinə, vətəndaşların qanuna, ədalətə və bütövlükdə dövlətə inamının artmasına xidmət edir.
Sədr vurğulayıb ki, məhz buna görə vəkillik yalnız peşə fəaliyyəti deyil, həm də cəmiyyət qarşısında daşıdığı məsuliyyət baxımından vətəndaş cəmiyyətinin mühüm aləti və dayaq nöqtəsi kimi çıxış edir.
"Unutmamalıyıq ki, cənab Prezidentin də vurğuladığı kimi, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır", - deyə A.Bağırov əlavə edib.
Tehsil-press.az










