Azərbaycanda hər 10 min nəfərə 15 vəkil düşəcək - İLK DƏFƏ

Azərbaycanda hər 10 min nəfərə 15 vəkil düşəcək - İLK DƏFƏ Azərbaycanda hər 10 min nəfərə 15 vəkil düşəcək.
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
A.Bağırov qeyd edib ki, bu gün bütün mərhələlərdən keçmiş, ixtisas imtahanlarını müvəffəqiyyətlə vermiş 264 nəfər namizəd vəkilliyə qəbul olunacaq:
“Beləliklə, ölkədə vəkillərin sayı ilk dəfə olaraq 1500-ü ötəcək. Bu, çox böyük bir göstəricidir. Əgər cəmi 3 ay bundan əvvəl ölkədə hər 10 min nəfərə 9 vəkil düşürdüsə, artıq bu rəqəm 15 vəkil təşkil edəcək”.
O vurğulayıb ki, bu, çox ciddi bir irəliləyişdir, eyni zamanda, regionlarda vəkillərin sayı kəskin artacaq.

Tehsil-press.az

Oxşar xəbərlər