DİN xüsusi əməliyyat keçirib: Tutulan Ruslan Məmmədov kimdir? -VİDEO

DİN xüsusi əməliyyat keçirib: Tutulan Ruslan Məmmədov kimdir? -VİDEO Daşkəsəndə çətin relyef şəraitində narkotik əməliyyatı keçirilib, 10 kiloqramdan çox narkotik dövriyədən çıxarılıb.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə çətin relyef şəraitində həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də satışı ilə məşğul olan əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı Ruslan Məmmədov saxlanılıb. Onun üzərindən 10 kiloqram 665 qram narkotik vasitə tiryək və tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, R.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Tehsil-press.az

Oxşar xəbərlər