Ağcəbədidə 7 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs müəyyən edilib - YENİLƏNİB

Ağcəbədidə 7 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs müəyyən edilib - YENİLƏNİB Ağcəbədidə 7 yaşlı oğlanı bıçaqlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan bir nəfər müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir.

12:51

Ağcəbədi rayonunda 7 yaşlı oğlan uşağı bıçaqlanıb.

2019-cu il təvəllüdlü azyaşlı bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən sorğuya cavab olaraq bildirilib ki, ötən gün saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub.

Qeyd olunub ki, yaralı dərhal əməliyyat blokuna alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər