Daha bir itkin şəhidin dəfn ediləcəyi tarix məlum olub.Indiyədək itkin kimi qeydiyyatda olan Şahin Kərimovun (Kərimov Şahin Heydər oğlu) nəşi müəyyən edilib.
Məlumata görə, Şahin Kərimov 16 dekabr 1973-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Qarabağ döyüşlərində Vətənin müdafiəsi uğrunda iştirak edib.
Ş.Kərimov 4 aprel 1993-cü ildə ağır döyüşlər zamanı itkin düşmüşdü. Bu günlərdə şəhidin nəşinin qalıqları müəyyən olunub.
Vida mərasimi fevralın 19-da Mingəçevir şəhərində keçiriləcək. Şəhid Mingəçevir Şəhidlər Xiyabanında dəfn ediləcək.
Qeyd edək ki, ötən gün də Cəlilabad rayonundan olan itkin şəhidin nəşi tapılıb.
Tehsil-press.az








