Doğuş və qeysəriyyə də tibbi sığorta zərfinə daxildir

Doğuş və qeysəriyyə də tibbi sığorta zərfinə daxildir “Xəstəxanalara göndərişlə gedən hamilə qadınlar sığorta ilə qeysəriyyə əməliyyatı oluna bilər. Həm doğuş, həm də qeysəriyyə əməliyyatı İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxildir”.
Bu barədə İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova məlumat verib.
O həmçinin qeyd edib ki, doğuşdan sonra ana və uşağın stasionarda qalması, dərman təminatı və qida xərcləri də tibbi sığorta ilə təminata alınıb.

Tehsil-press.az


Oxşar xəbərlər