Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin baş məsləhətçisi Leyla Lətifova və həmin departamentin mütəxəssisi Nərgiz Əlimərdanova tələbələrə icbari tibbi sığorta haqları, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər barədə ətraflı məlumat veriblər. Tələbələr, həmçinin TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri, eləcə də tibbi xidmətlərdən istifadə qaydası haqqında məlumat əldə ediblər.
Görüşdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Tehsil-press.az