Bakı Slavyan Universitetində (BSU) icbari tibbi sığorta ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi Fuad Bayramov icbari tibbi sığorta sisteminin məqsədi, sığorta haqları barədə danışıb.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin şöbə müdiri Pərvin Baxşəliyeva icbari tibbi sığorta sistemindən istifadə qaydaları, müraciət formaları, müvafiq tibbi xidmətlər və onların həyata keçirildiyi tibb müəssisələri və s. haqqında ətraflı məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az