Təhsil strategiyasının mühüm hədəfləri
Doğru deyiblər ki, müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi təhsilin səviyyəsi ilə müəyyən olunur. Azərbaycanda təhsilin inkişafı savadlı, sağlam ruhda böyüyən gəncliyimizin gələcəyə, onların layiqli vətəndaş və peşəkar kadr kimi yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Bu baxımdan, müasir təhsil sistemimizin qurulmasına bir növ stimul “verən” Azərbaycan Respublikada təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qəbul edilməsi və onun dövlət başçısı tərəfindən təsdiq olunması tariximizdə ən mühüm əhəmiyyətə malik bir hadisədir. Təhsil sisteminin formalaşdırılması məqsədi ilə beş strateji istiqamətdə gerçəkləşdirilməsi nəzərdə tutulan Dövlət Proqramının bu günə mülahizə və müzakirəsinə böyük ehtiyac var.
Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası, hər bir təhsil işçisi üçün, deyərdim, həm də metodik göstərişdir. Bu metodik göstəriş hər şeydən əvvəl, Azərbaycanda təhsil sisteminin başlıca vəzifələri, məqsəd, əsas istiqamətlər, hədəflər və tədbirlər, təhsildə yüksək keyfiyyət göstəricisi baxımından böyük əhəmiyyət daşıyır. Məlumdur ki, Azərbaycanda davamlı inkişaf mərhələsi başlamış, sosial-iqtisadi həyatımızda baş verən müsbət dəyişikliklər insan kapitalının inkişafın, fərdlərin bilik və bacarıqlara yiyələnməsini başlıca vəzifə kimi qarşımızda qoyur. Və ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri də məhz insan kapitalının inkişfına nail olmaqdır.
Son illər təhsil sahəsində bu istiqamətdə əhəmiyyətli işlər görülür. Təhsil müəssisələrinin (xüsusilə orta məktəblərin) maddi-texniki bazası gücləndirilir, yeni-yeni məktəb binaları tikilir, təmir-bərpa işləri aparılır. Eyni zamanda informasiya-kommunikasiya texnologiyaları da tətbiq olunur.
Təhsilin inkişafı üzrə Dövlət Strategiyası dünya ölkələri arasında aparıcı mövqedə olan səriştəli müəllimləri, təhsil menecerlərini, eləcə də qabaqcıl texnologiyalara əsaslanan təhsil sistemini yaratmaq üçün bir neçə strateji istiqamət irəli sürür. Bu istiqamətin hər biri genişmiqyaslı tədbirlər görməyi tələb edir.
Buraya təhsilin bütün pillələrində (məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali ixtisas) inkişafa nail olmaq, insan resurslarının müasirləşməsini diqqət mərkəzində saxlamaq (səriştəli, təcrübəli təhsilverəni formalaşdırmaq), təhsildə səmərəli idarəetmə mexanizmlərinin yaradılması, təhsil strukturunun müasir tələblərə uyğun olmasını təmin etmək və s. məsələlər əsas hədəf kimi görülmüşdür.
Göründüyü kimi, Dövlət Strategiyasında təhsil sahəsində beynəlxalq təcrübə və meyillər yüksək təhsil səviyyəsinə nail olmaq üçün diqqət mərkəzində saxlanılır. Bu da heç şübhəsiz ki, düzgün seçilmişdir. Ölkədə təhsilin səviyyəsi nə qədər yüksək olarsa, peşəkar kadrlar, intellektual səviyyəli insanlar da çox olar.
Bu gün elə bir mərhələyə qədəm qoymuşdur ki, burada hər bir vətəndaşın birliyinin, bacarığının cəmiyyətə inteqrasiyası mühüm əhəmiyyət kəsb edir. İnsanlar cəmiyyətə inteqrasiya olunmaqla təkcə özlərinin deyil, həm də cəmiyyətin tələbatını ödəyə bilərlər. Belə vətəndaşlar ölkənin iqtisadi, sosial və mədəni inkişafına öz elmi, bilik və bacarığı il yardımçı ola bilərlər. Məhz bilik və bacarığın yeniləşməsi təhsilin prioritetliyini daha da artırır.
Təhsil strategiyada beynəlxalq təcrübədən çıxış edərək bir çox qabaqcıl ölkələrin ümumi təhsil müddəti təkcə müqayisə olunmur, həm də təhsilin keyfiyyətini artırmaq baxımında hər bir təhsil işçisini düşündürür. Məsələn, Kanadada, Fransada, Hollandiyada, Çexiyada ümumi təhsilin müddətinin 14 il, Almaniya, Böyük Britaniyada, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 il, Amerika Birləşmiş Ştatları, Finlandiya, Cənubi Koreya, Polşa və digər ölkələrdə 12 il və s.
Strategiyada təhsil yeniliklərdən biri də kurikulumlar bağlıdır. Burada göstərilir ki, kurikulum bilik, bacarıq, səriştə aşılamalıdır ki, onlar iqtisadi inkişafa xidmət etsinlər. Bilik, bacarıq, vərdiş, səriştə praktikyönümlü olmalıdır. Sırf nəzəri xarakterli bilik, bacarıq, vərdiş, sərişə fundamentallıqdan uzaqlaşır, tətbiq imkanlarını itirir. Ona görə də indi təhsilin məzmununun formalaşmasında nəzəri, akademik biliklərlə yanaşı, praktik bilik, bacarıq, vərdiş və səriştələr ön plana keçir.
Strategiyada təbii ki, təhsil islahatı zamanı müəllim hazırlğı və müəllim peşəkarlığı həlledici amil kimi unudulmur. Müəllimlərin mütərəqqi tədris metodlarına və müxtəlif sahələrə aid metodikalara xüsusi önəm verilir. Təcrübə onu göstərir ki, özünəməxsus metodu olmayan müəllim təhsilatının formalaşmasında, yaradıcı düşüncəsinin inkişafında uğurlu nəticə qazana bilmir.
Dövlət Strategiyasında idarəetmə amili də başlıca yer tutur. Belə ki, təhsil prosesinin iştirakçıları-təhsilverən və təhsilalan münasibətləri düzgün qurmalıdır. Münasibətlər sistemini düzgün qurmaq, tənzimləmək, funksiyaları, səlahiyyət və cavabdehliyi dəqiq müəyyən etmək yenə də təhsil prosesinin keyfiyyətinə və inkişafına yetərincə xədmət edə bilir. Bu baxımdan strategiyada inkişaf etmiş ölkələrin təcrübəsinə istinad olunur.
Ölkəmizdə təhsilin keyfiyyətini və əhatəliyini artırmaq üçün məktəbəqədər təhsilə də xüsusi diqqət yetirməlidir. Məktəbəqədər təhsilə cəlb olunanların sayı artmalıdır. Bu məsələ Strategiyada da diqqət mərkəzində saxlanılır.
Strategiyada “Təhsil sisteminin başlıca vəzifələri”, “Strategiyanın məqsədi” “Strateji istiqamətlər”, “Strateji hədəflər və tədbirlər”, “Strategiyanın həyata keçirilməsi” təhsilin gələcəyi barədə geniş təsəvvür yaradır. Bunların hamısı ölkədə təhsilin gələcək inkişaf perspektivlərini bir məsuliyyətə çevirir. Artıq Strategiyada ən vacib amillər gündəmə gəlir: İnsan kapitalını inkişaf etdirmək, təhsildə beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, müstəqil və yaradıcı düşünən vətəndaş, şəxsiyyət yetişdirmək, müasir tələblərə cavab verən infrasturukturu yaratmaq, müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizmini yaratmaq, səmərəli təhsil modelinə əsaslanan kurikulumları hazırlamaq və s.
Beləliklə, Təhlsil Strategiyanın uğurla həyata keçirilməsi ölkəmizdə təhsilin inkişafı ilə bağlı bir sıra nailiyyətləri vəd edir, respublikamızda gələcəkdəki mədəni, iqtisadi, sosial, elmi inkişafını şərtləndirir və stimullaşdırır.

Anar Mayılov,
Bakı Qida Sənayesi Kollecinin direktoru
Bakı Qida Sənayesi Kollecinin direktoru