Çinin aparıcı kütləvi informasiya vasitələri Azərbaycanda keçirilmiş prezident seçkilərinə böyük diqqət göstərib.
Dünyanın ən böyük informasiya agentliklərindən olan Sinxua, geniş oxucu şəbəkəsinə malik gündəlik “Jenmin Jibao” qəzeti, bir milyarddan çox tamaşaçı auditoriyası olan Çin Mərkəzi Televiziyası (CCTV), Çin Beynəlxalq Radiosu, “China Daily” qəzeti, digər məşhur qəzet və xəbər saytları səsvermə günü və seçkilərin nəticələri barədə operativ xəbərlər, geniş məqalələr, reportajlar hazırlayıb, təqdim ediblər.
Sinxua agentliyinin “Azərbaycanda prezident seçkilərində İlham Əliyev qalib gəldi” başlıqlı geniş xəbərində seçkilər barədə ətraflı məlumat verilib. Xəbərdə seçicilərin, seçki məntəqələrinin, beynəlxalq və yerli müşahidəçilərin, seçkiləri işıqlandıran xarici jurnalistlərin, veb-kamera quraşdırılmış məntəqələrin sayı, Mərkəzi Seçki Komissiyasının və “exit-poll” sorğularının nəticələri öz əksini tapıb. Bildirilib ki, seçici fəallığı ilə keçən səsvermənin nəticələrinə əsasən hazırki Prezident İlham Əliyev 86 faiz səslə qalib gəlib.
Dövlətimizin başçısının “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir” fikrinə istinad edən Sinxua agentliyi yazır ki, beynəlxalq müşahidəçilər seçkilərin gedişində hər hansı qanun pozuntusa rast gəlməyiblər. Səsvermə bütün qanunlara və standartlara uyğun keçirilib.
CCTV-nin Bakıya ezam olunmuş çəkiliş qrupunun səsvermə günü müxtəlif seçki məntəqələrindən, o cümlədən Prezident İlham Əliyevin səs verdiyi məntəqədən hazırladığı reportajlar televiziyanın müxtəlif kanallarında bir neçə dəfə yayımlanıb. Reportajlarda seçki ilə bağlı dolğun məlumat verilib.
CCTV-nin beynəlxalq icmalçısı Malik Ayub Sumbal seçki günü hazırladığı “İlham Əliyev növbəti müddətə Azərbaycan prezidenti seçilcəkmi?” başlıqlı məqaləsində yazır ki, son illər ölkədə qazanılan uğurlar İlham Əliyevin yenidən prezident seçiləcəyinə şübhə doğurmur. O, bütün beynəlxalq diplomatik cəbhələrdə sözünü deyə bilən çox güclü və uzaqgörən liderdir.
Qeyd olunur ki, Cənubi Qafqazda yerləşən Azərbaycan böyük geosiyasi əhəmiyyətə malik ölkədir. Paytaxt Bakı isə tarixi və müasir infrastrukturu olan şəhərdir. Son illər Azərbaycan rəhbərliyi turizm sektoruna böyük diqqət göstərməklə, respublikanı Yaxın Şərq və Asiyadan gələnlər üçün populyar turizm ölkəsinə çevirib. Bu və digər amillər hazırki rəhbərliyin ölkənin inkişafı ilə bağlı verdiyi vədləri yerinə yetirdiyinə şübhə yaratmır.
Müəllif ölkənin əsas problemi olan Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə yaranan münaqişədən, Çinin “Bir kəmər, bir yol” strategiyasının tərkib hissəsi olan Transxəzər beynəlxalq nəqliyyat və ticarət dəhlizindən də bəhs edib.
Tehsil-press.az