Noyabrın 5-də Tehranın İmam Xomeyni sarayında Prezident Həsən Ruhaninin iştirakı ilə 22-ci mətbuat sərgisinin açılışı olub. “Şəffalıq və Sədaqət” şüarı ilə keçirilən builki sərgidə 900 mediya qurumu iştirak edir. Yerli və xarici media nümayəndələri sərgi çərçivəsində görüşlər keçirərək müzakirələr aparacaqlar. Bir həftə davam edəcək sərgidə İranın tanınmış jurnalistləri gənclər üçün ustad dərsləri keçəcəklər.
Sərgidə İranın tanınmış media strukturlarından “İRNA”, “Mehr”, “Fars”, “Tasnim”, “İlna” kimi xəbər agentlikləri, “Keyhan”, “Tehran times”, “İran dailey” kimi nüfuzlu qəzetlər öz məhsullarını ziyarətçilərə təqdim edirlər.
Sərgi çərçivəsində “İRNA” agentliyi ilə Cənubi Koreya Xəbər Agentliyinin birgə təşkil etdikləri foto sərgi də diqqəti cəlb edib.
İran Prezidenti açılış mərasimində çıxış edərək mətbuatın cəmiyyətdəki rolunun yüksək qiymətləndirib. Qeyd edib ki, mətbuat görünməyən nöqsanları meydana çıxarır və hökumət bu problemləri aradan qaldırır. Bununla da mətbuat dövlətin idarə olunmasında iştirak edir və insanların problemlərini diqqətə çatdırır.
Regionda baş verən terror hadisələrinə toxunan Prezident H.Ruhani nəzərə çatdırıb ki, bu hadisələr müqəddəs İslam dinini ləkələyir. İslam insanları mehriban yaşamağa səsləyən humanist prinsipləri əsas tutan dindir. Mətbuat İslam dinini insanlara düzgün çatdırmaqda aparıcı rol oynamalıdır.
Sonda Prezident sərgidə iştirak edən media qurumları və onların fəaliyyətləri ilə tanış olub.
Tehsil-press.az