"Excelsior Hotel Baku" nəqliyyat xidməti də göstərir

"Excelsior Hotel Baku" hotelində keçirilən tədbirlərə iştirakçıların rahat gəlib-getməsi üçün 17 nəfərlik avtobus nəqliyyat xidməti göstərir.
"Mercedes" sprinter markalı mikroavtobus səhər saat 08:30-dan 22:00-a qədər qonaqların xidmətindədir. Şənbə və bazar günləri də daxil olmaqla mikroavtobus hər gün səhər 08:30-dan başlayaraq hər saatın yarısında "Excelsior Hotel Baku" hotelinin qarşısından qonaqları bulvara və ilk turu səhər 09:00-dan başlayaraq hər saatda bulvarın qarşısından "Excelsior Hotel Baku" hotelinə aparır. Xidmət ödənişsizdir, hotelin xidmətlərindən istifadə etmək istəyən qonaqların rahatlığı üçün nəzərdə tutulub.
"Excelsior Hotel Baku" hotelinə 496 80 00 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.
Qeyd edək ki, "Excelsior Hotel Baku" hoteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" delüks, 9 "Duke" standard otaq, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.


Tehsil-press.az

Oxşar xəbərlər