“BDU könüllüləri” təşkilatının layihələrin idarə edilməsi və təşkilatlarla iş üzrə meneceri Mədinə Xəlilova bu cür təşəbbüslərin autizmli şəxslərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından faydalı olduğunu bildirib.
Ustad dərsində “Birgə və Sağlam” İctimai Birliyindən autizm fərqindəliyi olan uşaqlar və BDU könüllüləri birlikdə müxtəlif mövzularda rəsmlər çəkiblər. Tədbir çərçivəsində iştirakçılar arasında qarşılıqlı ünsiyyət, dəstək və anlaşma mühiti formalaşıb. Könüllülər uşaqlarla fərdi şəkildə maraqlanaraq onların yaradıcılıq prosesinə dəstək olublar.
Daha sonra qonaqlar üçün Universitetdə fəaliyyət göstərən Heydər Əliyev muzeyi, BDU-nun tarixi muzeyi, Təkamül muzeyi və Faydalı qazıntılar muzeyinə infotur təşkil edilib.
Tehsil-press.az








