“Elm, özünüinkişaf və sağlam karyera” mövzusunda ustad dərsi

“Elm, özünüinkişaf və sağlam karyera” mövzusunda ustad dərsi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) və “Elin Səsi” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənc alimlər, ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün “Elm, özünüinkişaf və sağlam karyera” mövzusunda ustad dərsi keçirilib.
Elm Tarixi İnstitutunun şöbə müdiri və ictimai birliyin sədri sosiologiya üzrə fəlsəfə doktoru Elvin Talışınski bildirib ki, cəmiyyətin aparıcı qüvvəsi olan gənclərin milli ruhda yetişməsi, şəxsiyyət kimi formalaşması, öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə sahib çıxmaları mühüm məsələlərdən biridir.
Sonra Elm Tarixi İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev gənclərə elmin önəmindən, vaxtın səmərəli şəkildə dəyərləndirilməsindən danışıb. O, insanın bioloji varlıq olması, fərdlərin psixologiyası, reallıqlar və insan potensialı arasındakı paralelliyin müəyyən edilməsi haqqında geniş məlumat verib və sualları cavablandırıb.
Şərqşünas alim Əli Rzazadə gənclərə göstərdikləri fəallığa görə minnətdarlığını bildirib və belə təlimlərin davamlı olmasının vacibliyini qeyd edib.
Sonda ustad dərsində fəal iştirak etmiş iştirakçılar təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər