Şəxsin yüksək ixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları dəyişib.Bu barədə Nazirlər Kabineti qərar verib.
İndiyə qədər qiymətləndirilmə meyarları və hər bir meyar üzrə qiymətləndirilmə aparılarkən təyin ediləcək bal hədləri aşağıdakı cədvələ əsasən müəyyən edilib:
Meyarlar Qiymətləndirilir (bal ilə)
1. Mütəxəssis olduğu sahədə təcrübəsi 0 – 35
2. Ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri ilə uyğunluğu 0 – 20
3. Təhsil 0 – 15
4. Maliyyə təminatı 0 – 15
5. Daxili əmək bazarına müsbət təsiri 0 – 10
6. Xarici dil bilikləri 0 – 5
Dəyişikliyə əsasən, artıq qiymətləndirilmə meyarları və hər bir meyar üzrə qiymətləndirilmə aparılarkən təyin ediləcək bal hədləri aşağıdakı cədvələ əsasən müəyyən ediləcək
Meyarlar Qiymətləndirilir (bal ilə)
1. Mütəxəssis olduğu sahədə təcrübəsi 0 – 55
2. Ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri ilə uyğunluğu 0 – 20
3. Maliyyə təminatı 0 – 15
4. Daxili əmək bazarına müsbət təsiri 0 – 10
Qeyd edək ki, verilmiş balların cəmi azı 70 (yetmiş) bal olduqda əcnəbi yüksək ixtisaslı miqrant hesab olunmaı üçün nəzərdə tutulan keçid balını toplamış hesab olunur.
Tehsil-press.az





