O bildirib ki, regionda sülhü pozan və müharibəni uzadan qüvvələr tarixin ən qaranlıq səhifələrini xatırladır.
Ərdoğan vurğulayıb ki, siyasi məqsədlər naminə sülhü qurban verənlər sonda bunun acı nəticələri ilə üzləşəcəklər. Onun sözlərinə görə, tarixdə bunun saysız nümunələri var və bu gün eyni yolu seçənlər həm insanlığa, həm də öz xalqlarına qarşı çıxmış olurlar.
Türkiyə lideri çıxışında Adolf Hitler nümunəsini xatırladaraq qeyd edib ki, Hitler nəzarət edə bilmədiyi ambisiyalarının qurbanına çevrilmiş, nəticədə həm öz xalqını, həm də bütün dünyanı böyük faciəyə sürükləmişdi. Ərdoğan bildirib ki, bu gün də eyni istiqamətdə addım atanlar eyni aqibətlə üzləşə bilər.
O əlavə edib ki, Türkiyə müharibənin dayandırılması, silahların susması və danışıqlar üçün şəraitin yaradılması istiqamətində səylərini davam etdirir.
Tehsil-press.az






