Paytaxtda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar bəzi universitetlərdə dərs prosesinə təsir etdiyi, bəzi universitetlərdə dərslərin dayandırıldığı ilə bağlı xəbərlər yayılıb.Xəzər Universitetinin mətbuat xidmətindən bildirilib ki, universitetdə dərslər dayandırılmayıb, lakin bir günlük onlayn formata keçirilib.
Dövlət Mədəniyyət və İncəsənət Universitetindən də qeyd edilib ki, bu gün dərslərin formatında dəyişiklik edilib:
"Bakalavrlar ənənəvi qaydada dərsə gəliblər. Magistr tələbələri üçün isə bu gün dərslər onlayn formata keçirilib".
Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və İqtisad Universitetində isə tədris ənənəvi qaydada davam edib.
Tehsil-press.az





