Keçmiş kardinala cinsi istismar ittihamı

Keçmiş kardinala cinsi istismar ittihamı ABŞ Katolik Kilsəsinin keçmiş kardinalı Teodor Makkarrik haqqında Massaçusets ştatında cinsi istismar ittihamı ilə istintaq başladılıb.
Makkarrik 1974-cü ildə 14 yaşlı bir uşağa üç dəfə cinsi təcavüz etməkdə ittiham olunur.
Hazırda Missuridə yaşayan 91 yaşlı keçmiş kardinalın avqustun 26-da məhkəmə qarşısına çıxması tələb edilir.
Bildirilib ki, o, ABŞ-da cinsi istismarda ittiham olunan ilk kardinaldır.

Tehsil-press.az

Oxşar xəbərlər