Tokioda naməlum şəxs insanlara hücum etdi - 10 yaralı

Tokioda naməlum şəxs insanlara hücum etdi - 10 yaralı Yaponiyanın paytaxtı Tokioda qatarda bir nəfər insanlara bıçaqla hücum edib. Nəticədə 10 nəfər yaralanıb. Hücuma məruz qalanlardan birinin vəziyyəti ağırdır.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Polis hadisə yerindən qaçan şəxsi qısa müddətdə yaxalayıb.
Hücumun səbəbi və şəxsin kimliyi hələlik açıqlanmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər