Azərbaycandan olan rus dili və ədəbiyyatı müəllimləri Sankt-Peterburqda ixtisasartırma kursu keçirlər

Azərbaycandan olan rus dili və ədəbiyyatı müəllimləri Sankt-Peterburqda ixtisasartırma kursu keçirlər A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetində xarici ölkələrdəki rus dili və ədəbiyyatı müəllimləri üçün ixtisasartırma kurslarının təntənəli açılış mərasimi keçirilib.
13 yaxın və uzaq xarici ölkədən olan müəllimlər iki həftə ərzində məxsusi olaraq onlar üçün hazırlanmış “Rus dilinin xarici dil kimi tədrisində müasir meyllər və metodikalar” proqramı üzrə təlim keçəcəklər. Bu proqram Rusiya təhsilinin və rus dilinin xaricdə təbliğinə və onun mövqeyinin möhkəmləndirilməsinə yönəlib.
Təntənəli açılış mərasiminin iştirakçılarını A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin rektoru Sergey Tarasov, “Rossotrudniçestvo” Agentliyinin rəhbərinin müavini Pavel Şevtsov, Sankt-Peterburq hökumətinin üzvü – Sankt-Peterburqun Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev və “Russkiy mir” Fondunun Sankt-Peterburq filialının direktoru Oleq Mukovski salamlayıb.

Tehsil-press.az


Oxşar xəbərlər