Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində Özbəkistan vətəndaşları qadına görə dava edib. Bu barədə kun.uz Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Oktyabrın 17-nə keçən gecə Dostoyevski küçəsində kütləvi dava olub. “Kattakurqan” kafesinin yaxınlığında münaqişə baş verməsi xəbərini alan polis ora gedib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 23-42 yaşlarında olan 12 Özbəkistan vətəndaşını, o cümlədən bərbər işləyən 34 yaşlı qadını daxili işlər şöbəsinə gətiriblər. Məlum olub ki, məhz ona görə küçədə dava düşüb. Nəticədə 2 nəfər qapalı kəllə-beyin travması, beyin silkələnməsi və çoxsaylı qançır xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Saxlanılan şəxslərə qarşı immiqrasiya qanunvericiliyinin pozulmasına görə 6, xırda xuliqanlığa görə 8 protokolun tərtib edildiyi bildirilir. Bundan başqa, yoxlamanın nəticələrinə əsasən cinayət işi başlanıb. Münaqişənin dörd iştirakçısı xuliqanlıqda şübhəli bilinir.
Tehsil-press.az