MTN polkovniki ittihamlara cavab verdi

MTN polkovniki ittihamlara cavab verdi Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Malik Mustafayevin intiharında adı hallanan həmin qurumun İstintaq Baş İdarəsinin keçmiş rəis müavini, polkovnik - leytenant Təhsin Ağayev vəkili vasitəsilə həmin iddialara cavab verib.

Vəkil Gülarə İlyasova tehsil-press.az-a təqdim etdiyi məktubda qeyd edib ki, T.Ağayev Dövlət Təhlükəsizlik Xidmətindən qovulmayıb və hazırda qurumun İstintaq Baş İdarəsinin rəis müavini vəzifəsində çalışır: “Bundan başqa Təhsin Ağayev 2015-ci ilin noyabr ayından mütəmadi olaraq stasionar qaydada nəinki “Leyla Şıxlınskaya” klinikasında, həmçinin Bakı Sağlamlıq Mərkəzində və DTX-nın Hospitalında beyin qan dövranının pozulması, sağ orta beyin arteriyası hövzəsində işemik insult, nitqin pozulması diaqnozu ilə müayinə və müalicə olunub. Vəziyyəti kafi olduğundan ambulator müalicəyə buraxılıb.
Lakin qeyd edilən xəbər yayıldıqdan sonra səhhəti yenə pisləşib və xəstəxanaya yerləşdirilib: “Ona görə də məqalədə qeyd olunduğu kimi, guya onun səhhətinin yaxşı olmadığı görüntüsü yaratması haqda iddialar həqiqətə uyğun deyil”.
G.İlyasova tehsil-press.az-a açıqlama verərək T.Ağayevin həmin zaman MTN-də tutduğu vəzifəni açıqlayıb. Bildirib ki, T.Ağayev İstintaq Baş İdarəsinin rəis müavini vəzifəsində olub. Vəkil deyib ki, heç vaxt MTN polkovniki Malik Mustafayevin intiharı işində T.Ağayevin adı keçməyib: “Digər tərəfdən Mətləb Mustafayevin barəsində cinayət işi Təhsin Ağayevin icraatında olmayıb və onun tərəfindən dindirilmə aparılmayıb. O ki, qaldı Təhsin Ağayevin sahibkar Əhməd Mustafayevdən 500 min ABŞ dolları alması barədə yazılanlara, bu barədə informasiya yayan musavat.com və minval.az internet saytları sonradan həmin məlumatı təkzib ediblər”. Qeyd edək ki, sözügedən xəbər bir neçə gün əvvəl


Tehsil-press.az

Oxşar xəbərlər