Ramazanda makiyaj olarmı? – Müqəddəs ayın OLAR-OLMAZLARI

Ramazanda makiyaj olarmı? – Müqəddəs ayın OLAR-OLMAZLARI Ramazanla əlaqədar çoxlarını narahat edən suallar var. Məsələn, müqəddəs ayda olar-olmazlar. Bu tip sualların bir neçəsinə cavab tapmağa çalışdıq.

Ramazanda makiyaj etmək olarmı?
Bu sual işləyən xanımları daha çox düşündürür. Tonal krem, kirşan və göz makiyajı ləvazimatlarından istifadə etmək orucu pozmaz. Dodaq boyasının tüpürcəklə qarışıb boğazdan aşağı getmək ehtimalı olduğu üçün çoxları Ramazanda ondan istifadə etməkdən çəkinir. Bu səbəbə görə oruc vaxtı dodağa boya sürtmək məsləhət görülmür. Dodaq boyasından istifadə bir qədər mübahisəli mövzudur. Dodaqlara birbaşa olaraq hopan boyalar orucu pozmaz. Lakin bütün dodaq boyalarının dəri vasitəsilə sorulacağına əmin olmaq çətin məsələdir. Odur ki bir qədər ehtiyatlı olmaq lazımdır.
Ağız təravətləndirici vasitələrdən istifadə etmək də qadağan edilməyib. Bu kimi vasitələrdən qida borusuna daxil olmaması şərti ilə istifadə edilməlidir. Belə olan halda oruc pozulmaz.
Orucluq vaxtı vitaminli, qidalandırıcı kremlərdən istifadə etmək də çox insanı düşündürən suallardandır. Oruc tutan şəxslər bu cür kosmetik vasitələrdən üz və əl kremlərindən istifadə edə bilər.

Saqqız çeynəmək olar?

Digər bir mübahisəli sual isə oruc adamın saqqız çeynəməsidir. Saqqız çeynəmək orucu pozmaz. Lakin elə etmək lazımdır ki, saqqızın şirəsi boğaz kanalından mədəyə daxil olmasın. Saqqız çeynədikdə onun bir hissəsi insanın boğazına qaça bilər. Başqa cür desək, saqqızın udulmaq ehtimalı var. Ona görə də bu vərdişi tərgidə bilməyənlər ehtiyatlı olmalıdır.
Əgər ağızdakı yemək qırıntılarını təmizləmək və pis qoxunu aradan aparmaq üçün saqqız çeynənirsə, bunu etmək günah deyil. Mənasız yerə, əyləncə və baş qatmaq üçün saqqız çeynəmək isə bəyənilmir.


Tehsil-press.az

Oxşar xəbərlər