Kürd partiyasından olan silahlılar bir neçə yerdə təxribat törədib.
PKK yaraqlıları Türkiyənin Mardin vilayətinin Kızıltəpə və Nusaybin rayonlarına terror aktı həyata keçirib. Tehsil-press.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kızıltəpədə PKK terrorçuları tərəfindən körpü partladılıb.
Qoyulmuş partlayıcı maddənin işə salınması nəticəsində biri hamilə qadın olmaqla üç mülki vətəndaş xəsarət alıb. Hadisə yerinə baxış keçirən mütəxəssislər partlayıcının əl üsulu ilə hazırlandığını deyib. Yaralılar Kızıltəpə Dövlət Xəstəxanasına çatdırılıb.
Verilən məlumata görə, terrorçuların məqsədi zirehli texnikanı məhv etmək olub. Körpü üzərindən zirehli maşınlar keçəndən bir neçə saniyə sonra müşahidə edilən partlayışın hədəfi hərbi texnika olsa da, dinc sakinlər qurbana çevrilib.
Tehsil-press.az