Bakı Dövlət Universiteti Fizika Problemləri ETİ-nin aparıcı elmi işçisi, f.r.e.n. Şahin Məmmədov, Nəzəri fizika kafedrasının doktorantı və Fizika Problemləri ETİ-nin kiçik elmi işçisi Nərmin Hüseynova, Fizika fakültəsinin ingilis bölməsinin III kurs tələbəsi Sara Rəhimzadə və IV kurs tələbəsi Səbinə Seyidəliyeva İtaliyanın Erice(Siciliya) şəhərində ETTORE MAJORANA fondu tərəfindən təşkil edilən, “54-cü kurs: Böyük Adron Kollayderində yeni fiziklərin sərhədləri” (54th Course: THE NEW PHYSICS FRONTIERS IN THE LHC-2 ERA) mövzusunda Sub nüvə fizikası üzrə Beynəlxalq Məktəbdə iştirak ediblər.
Mətbuat və informasiya şöbəsi