AzTU-nun tələbələri kurs işlərini vaxtından əvvəl müdafiə etdilər

AzTU-nun tələbələri kurs işlərini vaxtından əvvəl müdafiə etdilər Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsinin IV kurs tələbələri “Silah istehsalı avadanlığı” fənni üzrə kurs işlərini vaxtından xeyli əvvəl müdafiə ediblər. Tədris işləri üzrə prorektor Xalıq Yahudovun da iştirak etdiyi müdafiə zamanı yüksək bilik nümayiş etdirən 5 tələbə hətta öz müəllimlərini də təcübləndirib.
“Xüsusi texnika və texnologiya” fakültəsinin dekanı Ramiz Hüseynovun sözlərinə görə müdafiə şurasının yekdil rəyi ilə tələbələrə ən yüksək qiymət verilib.
Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin “Xüsusi texnika və texnologiya” fakültəsi 2012-ci ildə yaradılıb. Müdafiə Sənayesi Nazirliyi ilə sıx əməkdaşlıq edən fakültənin tələbələrindən 19-u əla qiymətlərlə oxuyur.

tehsil-press.az

Oxşar xəbərlər