Rusiyanın “Kalaşnikov” konserni 10 il sonra Gürcüstana atıcı silahının ixracını yeniləyib. Tehsil-press.az-ın məlumatına görə, bu barədə konsernin marketinq üzrə direktoru Vladimir Dmitriyev xəbər verib.
Dmitriyevin sözlərinə görə, "Kalaşnikov" Gürcüstana 2006-cı ildə dayandırılmış atıcı silahının çatdırılmasını yeniləyib və yaxın beş ildə onların həcmini artırmağı planlaşdırır. Konsern "Kalibr" Tiflis silah mağazasında Rusiya xaricində ilk "brend-zona" açıb.
"Burada 2006-cı ildən faktiki olaraq bizim silahımız olmayıb. Ən yaxın beş il ərzində konsern bu ölkəyə vətəndaş silahının təchizat həcmini artırmaq niyyətindədir. "Brend-zona" satış həcminin artımında əlverişli təsir edəcək ”,- deyə Dmitriyev bildirib.
Konserndən bildiriblər ki, “Kalaşnokov”un Tbilisidəki brend-zonasında ənənəvi atıcı məhsullarla yanaşı, “Kalaşnikov” və “Baykal” markaları altında buraxılması planlaşdırılan əlavə məhsullar da təqdim olunacaq.
“Kalaşnikov” avtomatlarının yaradıcısı, konstruktor Mixail Kalaşnikov
2015-ci ilin yekununa görə, "Kalaşnikov" Rusiya ərazisində yerləşən silah mağazalarında 20-dən çox "brend-zona" açıb və 2017-ci ilə onların sayını 60-a qədər genişləndirməyi planlaşdırır. Bundan başqa, 2016-cı ilin sonuna kimi şirkət həmçinin Qazaxıstanda firma bölməsini açmağı planlaşdırır.
2008-cı ildə Gürcüstan sovet istehsalı olan Kalaşnikov avtomatlarından (AK) rəsmən imtina edərək, arsenalındakı AK markalı atıcı silahları ABŞ-ın M-4 və M-16 avtomatik tüfəngləri ilə əvəzləməyə başlayıb.
Dünya silah reytinqdə uzun illərdir birinci yer “Kalaşnikov” avtomatına məxsusdur. Bu silah hətta Amerikada belə kifayət qədər populyardır. Cinayətkarlar arasında “AK”ya yüksək tələbat olduğundan, onun ABŞ-a ixracını qadağan edən xüsusi qanun qəbul edilib.
“Kalaşnikov” dünyanın 50-dən çox ölkəsində istifadə edilir. İndiyə qədər istehsal edilmiş avtomatların ümumi sayı isə 100 milyon ədədi keçib. Terrorçular bu silahı arsenallarının əvəzedilməz hissəsi sayırlar. Bəzi ölkələr isə hətta “AK”nı dövlət gerblərində əks etdiriblər.
Tehsil-press.az