Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu gün ölkəsinin Konqo Demokratik Respublikasına silah satmasına dair xəbəri təsdiqləyib. Tehsil-press.az bildirir ki, bu xəbəri 1in.am saytı yayıb.
«Ermənistandan silah ixracatı ilə bağlı məlumatlar həqiqətə uyğundur. Qanuni şəkildə Ermənistan Silahlı Qüvvələrində istifadədən çıxarılmış silahlar Konqo DR-ə ixrac edilib», - Ovannisyan özünün «Facebook» səhifəsində belə yazıb.
Daha öncə «Panarmenian» saytı son illərin ən iri belə sövdələşməsinin 2014-cü ildə qeydə alındığını yazmışdı. O zaman Ermənistandan 9301 adda 1,5 milyon dollarlıq silah ixrac edilmişdi.
Tehsil-press.az