Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Rektoryanı şuranın 7 iyun 2016-cı il tarixili iclasının qərarına əsasən universitetdə yay semestrinin təşkili ilə bağlı 64 nömrəli əmr imzalayıb.
Əmrə əsasən 2015-2016-cı tədris ilinin yay semestri müvafiq hüquqi-normativ sənədlərə uyğun təşkil və idarə olunaraq 5 tədris həftəsindən və 1 həftə imtahan sessiyasından ibarət olacaq.
Yay məktəbinin müvafiq qaydalara uyğun təşkil edilməsi, tədrisin keyfiyyətinə nəzarət, fənlər üzrə imtahanların keçirilməsi və bu zaman şəffaflığın, obyektivliyin təmin olunması üçün lazımi tədbirlərin görülməsi məqsədi ilə Xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti Nəsir Xankişiyev yay məktəbinə rəhbər təyin olunub.
Eyni zamanda yay semestrinin təşkil edilməsi məqsədi ilə fənlərin tədrisi haqqında lazım olan məlumatların təmin edilməsi, tədris prosesində iştirak edəcək müəllimlərin müəyyələşdirilməsi, maliyyə məsələlərinin şəffaf və normativ sənədlərə uyğun həll olunması, auditoriyaların bu iş üçün hazırlanması əmrdə öz əksini tapıb. Təhsil qanunvericiliyinin tələblərinə uyğun olaraq təşkil edilən intensiv yay kursları vasitəsilə tələbələrə müvafiq kreditlərin toplanması üçün şərait yaradılması məqsədi daşıyır.
Yay semestrinin təşkili məqsədilə müvafiq kafedralar və müəllimlər tərəfindən sillabus və proqramlar hazırlanıb və 13 iyul tarixindən etibarən tədrisin təşkilinə başlanılıb.
Yay semestrinin rəhbəri Nəsir Xankişiyevin verdiyi məlumata əsasən, yay semestrində dərslər ümumilikdə 31 fənn üzrə aparılır. Fənləri tədris etmək üçün universitetin 25 nəfər peşəkar müəllimləri yay semestrinə cəlb olunub. “8+1” bal sistemi ilə həyata keçirilən yay semestri 13 iyuldan, 23 avqusta kimi davam edəcək.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetində təşkil olunan yay məktəbində Qafqaz Universiteti, Xəzər Universiteti, Bakı Asiya Universiteti və digər universitetlərdən də tələbələr yay məktəbinə qatılıblar.

ADU-nun Mətbuat Xidməti