İmtahan sessiyaları

İmtahan sessiyaları İmtahanlar obyektiv və şəffaflıq şəraitində keçirildi

Son vaxtlar ölkəmizin təhsil ocaqlarında təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqəti daha çox cəlb edir. Ölkəmizin bütün ali və orta ixtisas müəssisələrində yay imtahan sessiyaları artıq başa çatdı. Bunu xüsusi qeyd etmək lazımdır ki, istər qış, istərsə də yay imktahan sessiyasının keçirilməsi həmişə diqqət mərkəzində olmuşdur. Ali məktəblərdə keçirilən imtahan sessiyaları, belə desək, bir növ tələbələrin yarımillik əldə etdikləri biliklərin hesabat kimi dəyərləndirilə bilər və bu prinsip bütün təhsil ocaqlarının əsas meyarı kimi götürülməlidir. Məlumdur ki, Azərbaycan Respublikası təhsil ilinin yay semestrinin, imtahan sessiyasnın mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyin təmin olunması ilə bağlı əmr imzalamışdır. Əmrdə göstərilir; “...ali və orta ixtisas thsili müəssisələrinin rəhbərləri nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək neqativ hala görə məsuliyyət daşıyırlar...”
Əlbəttə, imtahan prosesi dövründə yaradılan şərait, bütün imtahanların yeni, mütərəqqi prinsiplər əsasında aparılması, tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi, şox ciddi və deyərdik ki, həm də taleyüklü məsələdir. Bu işdə hər kəs – bütün professot-müəllim heyəti ədalətli, obyektiv, qərəzsiz olmağa çalışmalıdır.
İmtahan sessiyası dövründə bir neçə təhsil ocağına baş çəkdik, imtahanların hazırlıq aparılması prosesi ilə bir daha yaxından tanış olduq.

Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahan sessiyası ilə bağlı məlumat verən universitetin tədris hissə müdiri Aydın Mirzəməmmədov bunları söylədi:
-2015-2016-cı dərs ili yaz-yay semestrinin imtahan sessiyasının keçirilməsində obyektivliyin və şəffaflığın təmon edilməsi, nizam-intizama və imtahanın gedişinə nəzarət etmək məqsədilə Universitet üzrə imtahan qərargahının və Apellyasiya
komissiyasının yaradılması haqqında universitetin rektoru, professor Eldar Quliyev əmr imzalamışdır. Əmrə əsasən tələbə ona verilən qiymətdən razı olmadığı halda həmin gün müvafiq fakültə üzrə Apellyasiya komissiyasına zərurət olduqda isə Universitet üzrə Apellyasiya komissiyasının sədrinə əsaslandırılmış ərizə ilə müraciət edə bilər.
Tələbənin müraciəti əsaslı olduqda Apellyasiya komissiyasının sədrinə tələbənin cavab blankının yenidən yoxlanmasını təşkil etməklə ilkin yoxlanmanın nəticələrinə düzəliş etmək səlahiyyəti verilir və həmin əmrə əsasən universitet üzrə Apellyasiya komissiyasının sədri, imtahanlarda obyektivliyi, şəffaflğı və tələbə müraciətlərinə operativliyi təmin etməlidir.
İmtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində universitetdə baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırılması və onlara yol verilməsində günahı olan şəxslərin barəsində tədbir görməsi nəzərdə tutulmuşdur.
İmtahan sessiyasının təşkili və aparılması Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə tam uyğun olaraq şəffaflıq şəraitində keçirilmişdir. Universitetdə imtahan qərargahı yaradılmış, onun tərkibinə təcrübəli və nüfuzlu müəllimlərlə yanaşı, ictimai təşkilatların – həmkarlar ittifaqı komitəsi, tələbə həmkarlar ittifaqı komitəsi, tələbə gənclər təşkilatı rəhbərləri daxil edilmişdir. İmtahan qərargahına əlaqə telefonları verilmiş təklif və şikayətlər üçün xüsusi qutu qoyulmuşdur. İmtahan sessiyası dövründə rektor hər gün saat 16:00-dan 18:00-ə qədər qəbul aparılır. Tələbə, valideyn, ictimaiyyətin nümayəndələri qəbulda öz problemlərini bildirir, məsələlər obyektiv və operativ şəkildə öz həllini tapır.
İmtahanlar həm yazılı, həm də kompüter vasitələri tətbiq etməklə elektron test tapşırıqları şəklində aparılmışdır. İmtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda və xüsusən də münaqişə komissiyasının iclaslarında valideyn və ictimaiyyətin nümayəndələrinin iştirakına da şərait yaradılmışdır.
Son olaraq onu deyə bilərəm ki, sessiya dövründə heç bir neqativ hal baş verməmiş, demək olar ki, şəffaflıq və obyektivlik tam şəkildə qorunmuşdur...
Apardığımız müşahidələrdən, tələbələrlə söhbətlərdən bu qənaətə gəldik ki, doğrudan da universitetdə həyata keçirilən hər bir layihə, tətbiq olan hər hansı bir yenilik imtahanların obyektiv və şəffaf keçirilməsinə hesablanmışdır...

Bakı Biznes və Kooperasiya Kollecində keçirilən yaz-yay imtahan sessiyasının hazırlığına may ayından başlanılmışdır.

İmtahan sessiyaları

Əvvəlcədən müəyyən edilən qaydalara əsasən təşkil olunmuş komissiya birmənalı şəkildə imtahan prosesinin obyektiv və şəffaflıq şəraitində keçirilməsini qərarlaşdırmışdı. Yazlı imtahanlar üçün ayrılan bütün auditoriyalar kameralaşdırılmışdır.
İmtahanda 15 ixtisas üzrə əyani və qiyabi təhsil üzrə 1500 nəfər tələbə iştirak etmişdir.
İmtahan Sessiyasnda “Qaynar xətt”, arzu və təkliflər qutusu, Təhsil Nazirliyinin Qaynar xətt xidməti və Anpulasiya Komissiyası yaradılmışdır. Quraşdırılan monitorlar vasitəsilə valideynlər tam şəkildə övladlarının imtahan prosesini müşahidə edə bilmişlər. Yaradılan münaqişə komissiyasına daxil olan və eləcə də arzu və təklif qutusuna daxil olan təklif və şikayətlərə hər günün sonu baxılaraq öz həllini tapmışdır.
Yaradılan şərait hər şeydən öncə tələbələrin də ürəyincə olmuşdur. Söhbət əsnasında “İmtahan necə keçmişdir?” sualına tələbələr bir ağızdan: - Heç bir neqativ hallara yol verilmədi. Əgər biliyin varsa, imtahana hazırsansa, sənə zaval yoxdur – deyə cavab verdilər.
İmtahan sessiyas ilə məlumat verən tədris işlər üzrə direktor müavini Zakir Məmmədov keçirilən imtahan sessiya barədə məlumat verərək bildirdilər ki, imtahan sessiyasının sualları əvvəlcədən müzakirə olunub və həmin sualların hamısı elektron lövhədə yerləşdirilmişdir. Tələbələr həmin suallarla tam şəkildə tanış olmuşdur. Odur ki, tələbə tam sərbəst şəkildə imtahan verdi.
Koordinator-nəzarətçilər bir qayda olaraq qeyri-ixtisas müəllimləri arasında seçilir ki, bu da tələbəyə imtahan zamanı kömək göstərmək kimi təsadüflərə yol verilməsinin qarşısını alır. Tələbə yazılı imtahan veribsə, yazılar koordinator otağında şifrələndikdən sonra qiymtləndirilmək üçün fənn müəlliminə verilir.
Şifrələnmə o deməkdir ki, bu zaman müəllim kimin yazısını qiymtləndirdiyini bilmir. Nəticə isə yubadılmadan, tələbənin imtahan verdiyi günün sabahı elan edilir. Qiymətləndirmədən narazı qalan tələbə isə dərhal münaqişə komisiyasına müraciət edərək apellyasiya vermək hüququndadır. Belə ki, apellyasiyada fənn müəllimlərinin iştirakı ilə tələbənin cavabı yenidən araşdırılır.
Bütün deyilənlərlə raşılaşmaq olar. Ona görə ki, kollecdə nə tələbələr, nə də valideynlər imtahanın gedişindən narazı qalmamışdılar. Hər kəs tədris müəssisəsində yaradılan şəraitdən, aparılan imtahanların şəffaflığına görə kollecin direktoru Fatimə Quliyevadan razılıq hissi ilə danışırdı...
Bütün bu deyilənlərlə biz də razlaşırıq, çünki, apardğımız müşahidələr bunu deməyə əsas verir.


“Təhsil-press.az”

Oxşar xəbərlər