İmtahanlar obyektiv və şəffaflıq şəraitində keçirildi
Son vaxtlar ölkəmizin təhsil ocaqlarında təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər diqqəti daha çox cəlb edir. Hazırda ölkəmizin bütün ali və orta ixtisas müəssisələrində yaz-yay imtahan sessiyası demək olar ki, başa çatmaq üzrədir. Onu da xüsusi qeyd etmək lazımdır ki, istər qış, istərsə də yaz imtahan sessiyasının keçirilməsi həmişə diqqət mərkəzində olmuşdur.
Azərbaycan Respublikası təhsil naziri cənab Mikayıl Cabbarovun ali və orta ixtisas təhsili müəssisələrində 2015-2016-cı tədris ilinin yay imtahan sesssiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə əmr imzalamşdır. Əmrdə göstrilir: “Təhsil müəssisələrinin rəhbərləri rəhbərlik etdikləri ali və orta ixtisas müəssisələrində imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər... Və nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisələrində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar...”
Təbii ki, imtahan prosesi dövründə tələbələr üçün yaradılan şərait, bütün imtahanların qərəzsiz prinsiplər əsasında aparılması, tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi çox ciddi məsələdir.
İmtahan prosesi dövründə yaradılan şərait, bütün imtahanların yeni, mütərəqqi prinsiplər əsasında aparılması, tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi, çox ciddi və həm də tale yüklü məsələdir.
Biz mtahan sessiyası dövründə bir neçə ali təhsil ocağına baş çəkmək, imtahanlara hazırlıq aparılması prosesi ilə yaxından tanış olmaq qərarına gəldik.
Belə təhsil müəssisələrindən biri də Azərbaycan Texniki Universitetdir.
Bütün bunları nəzərə alaraq universitetdəki olub imtahanların gedişi ilə maraqlandıq.
Univerditetin tədris hissə müdiri Zakay Şayev bildirdi ki, bu il yay imtahan sessiyasında təxminən doqquz mindən çox tələbə iştirak edir. Belə ki, səkkiz fakültə üzrə əyani şöbədə universitet üzrə 7957 nəfər, qiyabi şöbədə isə 580 nəfər tələbə, magistatura pilləsində əyani şöbədə 413, qiyabi şöbədə 51 nəfər tələbə imtahanda iştirak edib. Xüsusi texnika və texnologiya fakültəsinin, SABAH qruplarının tələbələri və eləcə də magistrantlar yazılı, bakalavriat səviyyəsində təhsil alan digər tələbələr isə test üsulu ilə imtahan veriblər.
İmtahan sessiyasına hazırlıq ərəfəsində müvafiq fənlər üzrə yoxlama imtahanları-kollokviumlar da keçirilib. İmtahanların gedişinə nəzarət etmək məqsədilə universitetin rektoru professot Havar Məmmədovun müvafiq əmrinə əsasən Universitetdə qərargah və Apelyasiya Komissiyası fəaliyyət göstərib. Qiymətləndirmədən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına ərizə ilə müraciət etmələri üçün lazımı şərait yaradılıb. Mübahisə doğuran məsələlər komissiya tərəfindən tələbələrin iştirakı ilə araşdırılır, qiymətləndirmədə şəffaflıq və operativlik təmin edilir.
Universitetdə tədris prosesi və imtahanların təşkili üzrə bütün məsələlər bu ali məktəbdə yaradılmış elektron universitet portalı vasitəsilə nəzarətə götürülür. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal universitetin saytında öz əksini tapır. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb. Yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün ərzində qiymətlər tələbələrə elan edilir.
Obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə koordinator-nəzarətçilər bir qayda olaraq qeyri-ixtisas müəllimləri arasında seçilir ki, bu da tələbəyə imtahan zamanı kömək göstərmək kimi təsadüflərə yol verilməsinin qarşısını almaq məqsədi daşıyır. Tələbə Yazılı imtahanda iştirak edən tələbələrin işləri koordinator otağında şifrələndikdən sonra qiymətləndirilmək üçün fənn müəlliminə verilir. Şifrələnmə zamanı müəllim kimin yazısını qiymətləndirdiyini bilmir. Nəticə isə yubadılmadan, tələbənin imtahan verdiyi günün sabahı elan edilir. Qiymətləndirmədən narazı qalan tələbə dərhal münaqişə komissiyasına müraciət edərək apelyasiya vermək hüququndadır. Apelyasiyada fənn müəllimlərinin iştirakı ilə tələbənin cavabı yenidən araşdırılır. İmtahanların gedişində yarana biləcək mənfi halların qarşısının alınmasını, yol verilən nöqsanların vaxtında aradan qaldırılmasını, imtahanların gedişi ilə bağlı olan ərizə, şikayət və təkliflərin çevik araşdırılmasını və tələblərin müraciətlərinin vaxtında baxılması təmin edilir.
Tələbənin müraciəti əsaslı olduqda apellyasiya komissiyasının sədrinə tələbənin cavab blankının yenidən yoxlanmasını təşkil etməklə ilkin yoxlamanın nəticələrinə düzəliş etmək səlahiyyəti verilir və həmin əmrə əsasən universitet üzrə apelyasiya komissiyasının sədri, imtahanlarda obyektivliyi, şəffaflığı və tələbə müraciətlərinə operativliyi təmin edir. İmtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində universitetdə baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatların operativ araşdırılması və günahı olan şəxslərin barəsində tədbir görməsi nəzərdə tutulmuşdur.
Sonra Zakay müəllim qeyd etdi ki, bu günlərdə rektorun əmri ilə universitetimizdə İctimai Şura yaradılacaqdır.
Şura ictimai iştirakçılığın gücləndirilməsi, şəffaflığın artırılması, proseslərin daha düzgün, obyektiv qiymətləndirilməsi, gələcəkdə ümumi işin keyfiyyətini artırmaq, təkmilləşdirmək, təhsil sistemində daha uğurlu islahatlara nail olmaq, universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin təşkili, hüquqların müdafiə olunması, idarəetmə formalarının inkişafına şərait yaratmaq və təkliflərin verilməsi məqsədi ilə yaradılır.
Onu da qeyd edək ki, iyunun 22-də Azərbaycan Texniki Universitetdə yaz imtahan sessiyasının gedişini izləmək üçün ictimai şura üzvləri (KİV nümayəndələri, təhsil ekspertləri) və valideynlərin iştirakı ilə açıq qapı günü təşkil olunub.
Qonaqlar auditoriyalarda imtahanların gedişini izləyib, sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini müşahidə ediblər.
Apardğımız müşahidələrdən, tələbələrlə söhbətlərdən bu qənaətə gəldik ki, Azərbaycan Texniki Universitetində həyata keçirilən hər bir layihə, tətbiq olunan hər bir yenilik imtahanların obyektiv və şəffaf keçirilməsinə hesablanıb. Universitetdə təhsil alan hər kəs bu gün yaxşı dərk edir ki, savadlı mütəxəssisin yeri və mövqeyi həmişə görünən cəmiyyət öz gələcəyini məhz belə kadrlara etibar edir, bilikli kadr sayəsində cəmiyyət formalaşır, savadlı, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik vətəndaş formalaşır. İmtahanlarda əldə etdikləri göstəricilərlə universitet tələbələri bütün bu adın şərəfini qorumağa səy göstərirlər.
Bütün bunlar bir daha onu sübut edir ki, universitet rəhbərliyi həmişə olduğu kimi öz ədalətliyini və obyektivliyini qoyurub saxlayır. Bütün kollektiv də yaxşı anlayır ki, bütün bunlar məhz gələcəyimiz olan gənc nəlin bir vətənpərvər kimi, savadlı kadr kimi yetişməsinə hesablanmışdır.

Əkbər Hüseynzadə