Azərbaycanda dünəndən etibarən yayın ən isti dövrü başlayıb.
Bunu Tehsil-press.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Azərbaycanda iyulda isti günlərin gözləniləcəyi ilə bağlı bir müddət əvvəl verilmiş proqnozların özünü doğrultduğunu deyən M.Həsənov əlavə edib ki, dünəndən temperaturun 40 dərəcəni ötməsi müşahidə edilir. Belə vəziyyət iyulun 22-23-nə qədər davam edəcək.
Alimin sözlərinə görə, hazırda havanın temperaturu iyul ayı üçün orta çoxillik temperaturdan 1-2 dərəcə yüksəkdir: “Yəni bu, artıq isti dövrün başlandığını göstərir. Əgər orta rəqəm yüksək olarsa, bu, artıq isti dövr hesab edilir. Eyni zamanda, əgər 5 gün ardıcıl istilər müşahidə olunarsa, bu, davamlı istilər hesab olunur”.
M.Həsənli qeyd edib ki, iyulun 22-23-dən sonra hava nisbətən sərin olacaq. Lakin iyulun 25-dən sonra hazırkı istilər yenidən qayıdacaq və avqustun 15-dək belə davam edəcək: “Quraqlıq o zaman olur ki, torpağın məhsuldarlığı, əkin qatında rütubətin miqdarı azalır. Bundan başqa, havanın temperaturu yüksək olur və quru isti küləklər əsir. Ehtimal olunur ki, iyulun 20-dən sonra tədricən bu proses başlayacaq. Avqustun əvvəlində artıq quraqlıq müşahidə edilə bilər. Avqustun 15-dən sonra isə quraqlıq ehtimalı azalacaq”.
Alim qeyd edib ki, builki iyulun da ötənilki kimi olacağı proqnozlaşdırılır.
Onun sözlərinə görə, iyulun ayrı-ayrı günlərində gündüz saatlarında, yəni saat 2-3 arasında ölkənin düzənlik ərazilərində 39-41 dərəcə isti müşahidə ediləcək. Saat 3-dən sonra isə temperatur 41-dən tədricən enməyə başlayacaq.
Tehsil-press.az