Xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycandakı səfiri Karen Petiti diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Nazirliyin mətbuat xidmətindən tehsil-press.az-a daxil olan məlumata görə, səfir K.Petit diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə iki ölkə arasında olan münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir E.Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.
Tehsil-press.az