Baş nazir: "ABŞ-ın Fəthullah Gülənin tərəfində olacağına inanmırıq"

Baş nazir: "ABŞ-ın terror təşkilatının lideri Fəthullah Gülənin tərəfində olacağına inanmırıq".

Tehsil-press.az-ın məlumatına görə, bunu Türkiyənin Baş naziri Binali Yıldırım "Tre Guardian" nəşrinə müsahibəsində deyib.
Baş nazir qeyd edib ki, ABŞ və Türkiyənin çox uzun keçmişi olan dost münasibətləri var.
B.Yıldırım F.Gülənin ekstradisiyasına görə onun Türkiyədə dövlət çevrilişinə cəhddə əli olduğunu sübut edən materialların Birləşmiş Ştatlara göndərilməsi məsələsinə də toxunub: "Hələ göndərilməyib, lakin göndəriləcək və bu məsələlərlə bağlı heç bir şübhəyə də yer qalmayacaq".
O əlavə edib ki, ABŞ bu məqamdan sonra özü üçün bölgədə və dünyada strateji müttəfiqi olan Türkiyə ilə necə əməkdaşlıq edəcəyini düşünməlidir.



Tehsil-press.az

Oxşar xəbərlər