35 yaşlı Bakı sakini özünü 6-cı mərtəbədən atmaq istəyib

35 yaşlı Bakı sakini özünü 6-cı mərtəbədən atmaq istəyib Bakıda intihara cəhdin qarşısı alınıb. Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

9 mərtəbəli binanın 6-cı mərtəbəsində yaşayan 1981-ci il təvəllüdlü Həsənov Vüqar Ayaz oğlu yaşadığı mənzilin eyvanına çıxaraq özünü atacağı ilə hədələyib.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və polis əməkdaşları cəlb edilib. İntihara cəhd edən şəxslə psixoloji söhbət aparılıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu fikrindən daşındırıblar. İlkin məlumata görə, vaxtilə məhkumluq həyatı yaşayan V.Həsənovun psixi problemləri var. O, Nərimanov Rayon Polis İdarəsinin 18-ci bölməsinə aparılıb. V.Həsənovun məcburi müalicəyə göndəriləcəyi gözlənilir.


Tehsil-press.az

Oxşar xəbərlər