Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb (FOTO)

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb (FOTO) Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycanın tarixini və mədəniyyətini, ölkələrimiz arasında əlaqələri əks etdirən sərgilər açılıb.

Sərgilərdən biri “Partizanın izi ilə” adlanır. Bu sərgi İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılova həsr olunub. Ekspozisiyada azərbaycanlı partizanın həyat və döyüş yolunu əks etdirən eksponatlar, o cümlədən Əhmədiyyə Cəbrayılovun şəxsi arxivindən götürülmüş fotolar nümayiş etdirilir.
Əhmədiyyə Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov atasının müharibə dövründə fransız partizanlarına qoşulmasından, Müqavimət Hərəkatının qəhrəmanı olmasından, Şarl de Qollun rəğbətini qazanmasından danışıb. Azərbaycan bayrağının Kannda dalğalanmasından, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu şəhərdə sərgilərin açılmasından çox sevindiyini bildirən Cavanşir Cəbrayılov bütün bunların Fondun prezidenti Mehriban Əliyevanın vətənpərvərliyindən irəli gəldiyini vurğulayıb.
Azərbaycana aid sərgilərdən biri də “Bir günəş altında” layihəsi çərçivəsində açılıb. Bu layihə çərçivəsində Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan sərgi və film böyük maraqla qarşılanıb. Sərgidəki fotolar və film Azərbaycanın müxtəlif guşələrində çəkilib. Burada 20 azsaylı xalqın tarixini, mədəniyyətini və adət-ənənələrini əks etdirən foto və videomateriallar əsasında sərgi iştirakçılarına Azərbaycandakı tolerantlıq haqqında ətraflı məlumat verilir. Sərginin “Danışan başlar” adlı bölməsində isə müxtəlif azsaylı xalqların və etnosların nümayəndələri öz dillərində maraqlı hekayələri nəql edirlər.
Sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların adət-ənənələrindən bəhs edən “Bir günəş altında” filmi də təqdim olunur. Bir sözlə, burada Azərbaycanda müxtəlif xalqların və millətlərin nümayəndələrinin bir ailə kimi yaşaması, ölkəmizdəki tolerantlıq mühitinin qədim və zəngin tarixə malik olması aydın şəkildə əks etdirilir.
“Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə” sərgisində isə Azərbaycan təbiətinin gözəllikləri, özünəməxsus mədəniyyət və adət-ənənələri təqdim edilir. Sərginin təşkili məqsədilə fransız fotoqraflar Samuel Qrataka və Jan-Fransua Rozye 2016-cı ilin aprelində Gəncəyə və Qəbələyə səfər edib, Azərbaycanın qədim tarixə, eləcə də müasir turizmdə aparıcı rola malik hər iki şəhərinin mənzərələrini, abidələrini, gündəlik həyatını fotoaparatın yaddaşına köçürüblər.
Fransalı fotoqraf Jan-Fransua Rozye deyib: “Mən 45 ildir ki, fotoqrafam. Məni Gəncəyə və Qəbələyə dəvət etdilər. Bu yerlərdə gördüyüm şərait, təbii zənginlik məni heyran etdi - dağlar, gözəl peyzaj. İnsanlar da çox istiqanlıdırlar. Azərbaycanda, onun bölgələrində multikulturalizmin, müxtəlif dinlərdən, mədəniyyətlərdən olan insanların birgəyaşayışının şahidi oldum. Bu multikulturalizm ənənəsi Gəncədə çəkilən şəkildə daha aydın əks olunub”.
Azərbaycanla bağlı keçirilən sərgilərin elə ilk dəqiqələrindən ziyarətçilərdə böyük maraq hiss edilirdi. Çoxlu sayda insan sərgilərlə tanış olmaq üçün Kannın festivallar sarayına gəlmişdi.
Sərgi iştirakçısı Jan-Pyer Jakob: “Bu sərgilər bizə Azərbaycan haqqında ətraflı məlumat verir, ölkəni yaxından tanımağa kömək edir. Azərbaycanı neçə ildir ki, Kann şəhərində təşkil olunan sərgilər, göstərilən filmlər sayəsində yaxından tanımağa başlamışam. Bu gün Azərbaycanın təbiətini əks etdirən şəkilləri çox sevdim. Ötən il Azərbaycanla bağlı sərgidə bizə ölkə haqqında çoxlu kitablar hədiyyə edilmişdi. Mən onların hamısını oxudum. Azərbaycanı tanıdığım digər Şərq ölkələri ilə müqayisə etmək imkanım oldu. Bu ölkənin özünəməxsus xüsusiyyətləri var. Burada təşkil olunmuş sərgilər, hədiyyə edilən kitablar məndə həyat yoldaşımla birlikdə ölkənizə səyahət etmək istəyi oyatdı. Biz yaxın zamanda Azərbaycana səyahət etməyi planlaşdırırıq”.
Sərgi iştirakçısı xanım Leopoldin: “Kannda Azərbaycanla bağlı təşkil olunan mədəni tədbirlər diqqətimi cəlb etdi. Burada təşkil olunan sərgilərin, göstərilən filmlərin sayəsində ölkəni yaxından tanımaq imkanım oldu. Hədiyyə edilən kitablardan daha çox məlumat əldə edirik. Ölkənin təbi gözəlliyinə vuruluruq. Azərbaycandakı tolerantlıqla bağlı göstərilən film daha çox xoşuma gəldi. Bu film ölkədəki mövcud multikulturalizmi tam əks etdirir. Ötən il Kanndan qayıdandan sonra Parisdə səyahət agentliyinə müraciət etdim və Azərbaycana səfər təşkil olunması ilə maraqlandım. Azərbaycana getməyi çox istəyirəm”.
Sərgi iştirakçısı xanım Toma: “Sərgiləri çox sevdim, şəkillər ölkəni yaxından tanımaq üçün əla fürsət yaradır. Sərgi, nümayiş olunan filmlər vasitəsilə ölkədə multikulturalizmin hökm sürdüyünü görürük. Müxtəlif dinlərin nümayəndələrinin birgəyaşayışının şahidi oluruq. Gəncədə olan qədim binaların hiperfotosu daha çox xoşuma gəldi”. Hər üç sərgi iyulun 31-dək Kann şəhərinin sakinləri və turistlər üçün açıq olacaq.


Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb (FOTO)Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb (FOTO)Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb (FOTO)Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb (FOTO)Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb (FOTO)Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb (FOTO)Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb (FOTO)Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb (FOTO)Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb (FOTO)Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb (FOTO)Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kann şəhərində Azərbaycanın təbliği ilə bağlı sərgilər açılıb (FOTO)

Tehsil-press.az

Oxşar xəbərlər