"Gülən - Türkiyənin düşmənidir, ABŞ da Türkiyənin düşmənidir. Təkcə ona görə yox ki, Gülənə sığınacaq verir, həm də ona görə ki, onun fəaliyyətini maliyyələşdirir”.
Tehsil-press.az Anadolu agentliyinə istinadən bildirir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski Moskvada keçirdiyi mətbuat konfransında deyib.
"ABŞ-da gizlənən və oradan öz vətənini tənqid edən bütün müxalifətçilər, o cümlədən Türkiyədəki son çevriliş cəhdinin təşkilatçısı vaiz Fəthullah Gülən də xaindirlər", - Jirinovski vurğulayıb.
"Rəcəb Tayyib Ərdoğan böyük vətənpərvər, görkəmli prezidentdir, ölkənin inkişafını istəyir. İstəmir ki, Türkiyəni hərbçilər və ya ABŞ idarə edib, onu əllərində oyuncağa çevirsinlər”, - LDPR lideri əlavə edib.
Onun sözlərinə görə, Rusiya Türkiyəni Ərdoğanın liderliyində dəstəkləyir və dialoqu yalnız onunla aparacaq, çünki məhz o, qanuni seçilmiş prezidentdir.
Tehsil-press.az