Səudiyyə Ərəbistanının dəniz patrulu xidməti krallığın sərhəd sularında üzən İranın 4 balıqçı gəmisini saxlayıb.
Tehsil-press.az-ın məlumatına görə, bu barədə RİA "Novosti" Tasnim agentliyinə istinadən xəbər verib. Buşehr dəniz sərhədçilərinin komandiri Amin Xosrəvi agentliyə açıqlamasında saxlanılanların sonrakı taleyi barədə məlumat olmadığını bildirib. O vurğulayıb ki, Buşəhr vilayətinin bəzi balıqçıları Fars körfəzinə çıxarkən təsadüfən digər dövlətlərin su sərhədlərinə daxil olub və saxlanılıblar. Hələlik Səudiyyə Ərəbistanı məsələyə münasibət bildirməyib.
Tehsil-press.az