Ərəb turistlər İsmayıllıda qəzaya uğrayıb: yaralılardan bəzilərinin şəxsiyyəti məlumdur

Ərəb turistlər İsmayıllıda qəzaya uğrayıb: yaralılardan bəzilərinin şəxsiyyəti məlumdur Avqustun 29-da Qəbələdən Bakıya gələrkən İsmayıllı rayonu ərazisində mikroavtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan ərəb turistlərdən 16 nəfər Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Bu barədə Tehsil-press.az Şamaxı rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumata əsasən, müraciət edənlərdən 10 nəfər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, 6 nəfər isə xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həmin 6 yaralı - Əhməd Nasir, Rəvan Hüseyn, Abbas Yusif, Ömər Xalid, Rəvan Əsir və Fatimə Əsir avqustun 30-da günorta saatlarında xəstəxanadan köçürülüb.


Tehsil-press.az

Oxşar xəbərlər