Bakının mərkəzində ağır qəza

Bakının mərkəzində ağır qəza Bu gecə Bakıda ağır yol qəzası baş verib.

Tehsil-press.az-ın məlumatına görə, Xətai rayonu ərazisində, Babək prospektindən NZS qəsəbəsinə dönən ərazidə "Mercedes" markalı, 90 LB 230 dövlət qeydiyyat nişanlı minik avtomobili maneəyə çırpılıb. Sürətlə hərəkət edən avtomobilin qəzaya uğraması nəticəsində maşında olan şəxslərdən 27 yaşlı oğlan hadisə yerində keçinib. Daha 4 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralılardan 3-ü kişi, biri isə 51 yaşlı qadındır.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər