ABŞ səfirini Ankarada "xalça üzərinə" çağırdılar

ABŞ səfirini Ankarada Ankara Türkiyənin Suriyada keçirdiyi “Fərat qalxanı” əməliyyatına dair Ağ Ev nümayəndəsinin tənqidi bəyanatını yolverilməz adlandırıb və bu mövqeyini ABŞ-ın ölkədəki səfirinə çatdırıb.

Tehsil-press.az bildirir ki, bu barədə "Milliyet" qəzeti TÜrkiyə XİN-in mətbuat katibi Tanju Bilqiçə istinadən məlumat yayıb. Qeyd edək ki, ABŞ hakimiyyəti Türkiyə ordusunun Suriyadakı kürd silahlı dəstələrinə zərbələr endirməsini pisləyərək, diqqətini daha çox İŞİD-lə mübarizəyə yönəltməyə çağırıb.
ABŞ prezidentinin müşaviri Ben Rods bildirib ki, Barak Obama türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğanla sentyabrın 4-də baş tutacaq görüşdə Türkiyənin Suriyaya müdaxiləsini və Suriyanın “demokratik qüvvələrinə” qarşı addımlarını tənqid etmək niyyətindədir. “Bu cür bəyanatlar yolverilməzdir və Ankara-Vaşinqton müttəfiq münasibətlərinə uyğun deyil. Əməliyyat, Türkiyənin milli təhlükəsizliyinə yönəlmiş təhdidlər aradan qaldırılanadək, davam etdiriləcək. ABŞ-la razılaşmamıza əsasən, Suriyadakı kürd silahlı dəstələrinin Ərəfatdan şərqə doğru çəkilməsini gözləyirik”, - deyə Tanju Bilqiçin yazılı bəyanatında bildirilir.


Tehsil-press.az

Oxşar xəbərlər