"Qara bazar"da valyuta məzənnəsi ilə bağlı sms göndərilməsinin qarşısı alındı

"Qara bazar"da valyuta məzənnəsi ilə bağlı vətəndaşlara sms göndərilməsinin qarşısı alınıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov Trend-in sorğusuna cavab olaraq bildirib ki, sentyabrın 6-da mobil rabitə istifadəçilərinə qanunsuz mənbələrə istinadən valyuta məzənnəsi haqqında yanlış məlumatlar barədə sms göndərilib:
"Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq dövlət orqanları ilə birlikdə apardığı tədbirlər nəticəsində bu qanunsuz fəaliyyətin qarşısı alınıb".
Qeyd edək ki, bundan əvvəl vətəndaşlara 9944 nömrəsindən qısa sms göndərilirdi. Mesajda bildirilirdi ki, "qara bazar"da dolların alış qiyməti 1,785-1,87 manat arasındadır. Halbuki Mərkəzi Bankın rəsmi məzənnəsi sentyabrın 6-na 1,6362 manat olub.


Tehsil-press.az

Oxşar xəbərlər