Liviyanın paytaxtı Tripolidə, Xarici İşlər Nazirliyinin binası yaxınlığında iki partlayış baş verib.
Tehsil-press.az Sputnik-a istinadən xəbər verir ki, hər iki partlayışa minalanmış avtomobillər səbəb olub. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Bu ilin əvvəlində BMT-nin dəstəyi ilə yaradılan Milli Birlik Hökuməti 2016-cı il mart ayından Tripolidə fəaliyyət göstərir. Şəhərdə səlahiyyətə malik silahlı qruplar hökumətlə əməkdaşlıq etmək razılığına gəlib, lakin ölkə parlamenti bunu dəstəkləməyib.
Tehsil-press.az