Mahaçqalada partlayış - 23 yaralı

Mahaçqalada partlayış - 23 yaralı Mahaçqalada "Layli" şadlıq sarayında partlayış baş verib. Bu barədə Tehsil-press.az TASS-a istinadən xəbər verir.

Dağıstanın Daxili İşlər Nazirliyindən bildiriblər ki, partlayış sarayın zirzəmisində təxminən saat 15.00 radələrində baş verib. Hadisənin baş verməsi nəticəsində mətbəxdə çalışan 23 qadın yaralanıb. Yaralananlar xəstəxanalara yerləşdirilib.
Dağıstan polisinin məlumatına görə, operativ növbətçi hissəyə saat 15.10-da zəng daxil olub və bildirilib ki, şadlıq sarayında partlayış baş verib.
Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir.


Tehsil-press.az

Oxşar xəbərlər