Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ebru Gündeş atası Remzi Gündeşin illərdir kirayədə yaşadığı mağazanın satılacağını eşidib, onu özü alıb. Sənətçi məkana 280 min lirə (149 min manat) ödəyib.
Tehsil-press.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, R. Gündeş Ebrunun anasından boşanandan sonra başqa bir qadınla ailə həyatı qurub. Onun bu evlilikdən 30 yaşlı bir qızı var. Müğənninin bacısı Aslıhanın fotosu “Söylemezsem olmaz” proqramında ortaya çıxıb.
Ebru bacısıyla heç vaxt görüşmədiyi halda, Aslıhan 2 il öncə sənətçinin konsertinə gedərək tvit atıb: “Konsert super idi, sən də həmçinin. Göz-gözə gəldik, məni gördün, xeyirlisi belə imiş...Mən buralardayam. Səni sevirəm”.
“Mən qızıma heç nə etmədim, qızım isə mənə kömək etdi” deyən Remzi Gündeşin qızından hər ay 5 min lirə (təxminən 2500 manat) aldığı da verilişdə qeyd olunub.
tehsil-press.az