Allahşükür Paşazadə: Başqa dövlətlərin işimizə qarışmasına imkan verməməliyik

Allahşükür Paşazadə: Başqa dövlətlərin işimizə qarışmasına imkan verməməliyik "Başqa dövlətlərin işimizə qarışmasına imkan verməməliyik".

Tehsil-press.az-n məlumatına görə, bunu jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
O qeyd edib: "Mən turist axınının əleyhinə deyiləm, bu sahədə inkişafın tərəfdarıyam. Amma gələn adamlar bizim daxili işimizə, dini məsələlərimizə qarışırsa, bəzi məsələlərin düzgün olmadığını deyirsə, bu, gələcəkdə bizim üçün çətinliklər yarada bilər. Bu gün, ola bilsin, bunu görməyək, lakin 5-6 ildən sonra xüsusən cavanlarımıza böyük təsir göstərə bilər. Bunun qarşısını almaq üçün dövlətin tədbiri olmalıdır, bütün bu məsələlərə fikir vermək lazımdır".
Şeyxülsilam əlavə edib ki, bizim mənəvi həyatımızı itirməyə ixtiyarımız yoxdur: "Nəyimiz varsa, bizimdir, Azərbaycanındır. Mən sünni kimi, şiə kimi yaşayıramsa, bu, mənim həyatımdır, xalqım bunu bəyənib, başqa dövlətlərin xadimlərinin, siyasətçilərin bizim işimizə qarışmasına imkan yaratmamalıyıq”.


Tehsil-press.az

Oxşar xəbərlər