Valideynlərin narazılığı parlamentdə müzakirə olundu

Valideynlərin narazılığı parlamentdə müzakirə olundu “Azərbaycanda tələbələrə kreditlərin ayrılması ilə bağlı problemlər mövcuddur”.

Tehsil-press.az-n məlumatına görə, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.
YAP-çı deputat deyib ki, bir müddət əvvəl Azərbaycanda Tələbə Kredit Fondu yaradılsa da, ancaq təəssüflər olsun ki, bu quruma cəmi 11 universitet üzv olub: “Bu da müəyyən problemlər yaradır. Bu sahədə problemlər tam həllini tapmayıb. Valideynlər narazılıq edirlər, universitetlərin bir hissəsi Tələbə Kredit Fonduna üzv olmayıb. Düşünürəm ki, tələbələrin bu problemi həll edilməlidir”.


Tehsil-press.az

Oxşar xəbərlər