UEFA prezidenti Bakıda avrokubokların finalının keçirilməsi məsələsindən danışıb

UEFA prezidenti Bakıda avrokubokların finalının keçirilməsi məsələsindən danışıb Azərbaycanda futbol infrastrukturu çox yüksək səviyyədədir. Tehsil-press.az-n məlumatına görə, bunu Bakıda olan UEFA prezidenti Aleksander Çeferin deyib.

UEFA prezidenti Avro-2020-nin 4 oyununa ev sahibliyi edəcək Bakının loqosundan razı qaldığını bildirib: "Bu loqonun arxasında duran ideya millətlərin birləşməsinə hesablanıb. Əsas məqsəd budur".
Azərbaycanda futbol infrastrukturunun çox yüksək səviyyədə olduğunu bildirən A.Çeferin qeyd edib: "Az müddətdir ki, Azərbaycandayam. Ötən gün “Qəbələ” - “Mayns” oyununda oldum, 8-ci km qəsəbə stadionunu gördüm. Bir də yalnız Bakı Olimpiya Stadionunu kənardan görmüşəm. Çox gözəldir, bəyəndim".
UEFA prezidenti Bakıda Avropa kuboklarının finalının keçirilməsi məsələsindən də danışıb: "Bunun üçün yerli assosiasiya müraciət etməlidir, UEFA-ya sifarişlər göndərilməlidir. Bu məsələ UEFA çərçivəsində çox şəffaf şəkildə müzakirə olunur, əgər sifariş yaxşıdırsa, qalib gəlmək mümkündür".


Tehsil-press.az

Oxşar xəbərlər