"Avro-2016”nın 1/4 finalında keçirilən Polşa – Portuqaliya matçının (1:1) ən yaxşı futbolçusu bəlli olub. Tehsil-press.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, Portuqaliya millisinin futbolçusu Renato Sançes oyunun ən yaxşısı seçilib. Qeyd edək ki, Sançes görüşün 33-cü dəqiqəsində komandasının bərabərlik qolunu vurub. Onun komandası penaltilər seriyasında polşalıları üstələyərək (5:3) yarımfinala yüksəlib.
Tehsil-press.az
Tehsil-press.az