“Azərbaycan inkişaf etməkdə davam edir. Həmçinin Azərbaycan güclü ordu yaratmağı bacarıb”. Tehsil-press.az-n məlumatına görə, bunu Ceymstaun Fondunun prezidenti Qlen Hovard bu gün “Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər” mövzusunda Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş konfransda deyib.
O qeyd edib ki, Azərbaycan ordusunun gücü aprel döyüşlərində özünü göstərdi. Amerikalı ekspert bildirib ki, Azərbaycan dörd gün ərzində uğurlu müharibə apardı və ərazilərinin bir hissəsini azad etdi: “Aprel hadisələrindən sonra ABŞ oyandı və dedi ki, biz Minsk prosesini davam etdirməliyik”.
Q.Hovard Ermənistanda “İsgəndər” raketlərinin olmasına da münasibət bildirib. O qeyd edib ki, bu raketlərin Ermənistanda olması Qafqazda təhlükəli vəziyyət yaradır: "Ermənistanın "İsgəndər" silahları alması yeni silah yarışı yarada bilər. ABŞ bunu başa düşməlidir. Təbiidir ki, Azərbaycan da özünü müdafiə etməlidir. Biz bilmirik, amma Azərbaycan özünü müdafiə etmək üçün nəsə edəcək. İndi 90-cı illər deyil, Azərbaycan inkişaf edən ölkədir, dünyanın bir çox ölkələri ilə sıx əməkdaşlığı var və ona görə də müxtəlif variantlardan yararlana bilər”.
Tehsil-press.az